Bu gün Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndinə çatan ilk ailələrə evlərinin açarları təqdim olunub.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, kəndlərə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə edilib
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Sakinlər tarixi Qələbəni bəxş edən, torpaqlarımızı canı bahasına işğaldan azad edən qəhrəman şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, onlara rəhmət diləyiblər.
Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərə cansağlığı arzulayan sakinlər azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərin onlara əmanət etdiyi Zəfərin bəhrəsidir.
Qeyd edək ki, ilk mərhələdə Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Güneyxırman kəndinə 18 ailə (72 nəfər) köçülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.









Bizim.Media






























































































