Gecə saatlarında Quba-Xınalıq avtomobil yolunun 30-cu kilometrliyində – Qrız Dəhnə kəndindən keçən hissəsində yenidən torpaq sürüşməsi qeydə alınıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, dağ yamacından qopan palçıq qatı və qaya parçaları yolun hərəkət zolağına axıb. Hadisə nəticəsində yol tamamilə bağlanmasa da, nəqliyyat vasitələrinin hərəkəti xeyli çətinləşib.
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Qubadakı 5 saylı yol istismar idarəsindən bildirilib ki, dərhal əraziyə texnika və canlı qüvvə cəlb olunaraq yolun təmizlənməsi işlərinə başlanılıb.
Mütəxəssislər sürüşməyə bölgədə müşahidə olunan intensiv və güclü yağışların səbəb olduğunu qeyd ediblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
12:42 / 08.07.2026
Quba-Xınalıq yolunda sürüşmə: Hərəkət çətinləşdi – FOTO/VİDEO
Hazırda oxunan: Quba-Xınalıq yolunda sürüşmə: Hərəkət çətinləşdi – FOTO/VİDEO
Hazırda oxunan: Quba-Xınalıq yolunda sürüşmə: Hərəkət çətinləşdi – FOTO/VİDEO
624011
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































