Millət vəkili Sərdar Cəlaloğlunu təbrik etdi

Hazırda oxunan: Millət vəkili Sərdar Cəlaloğlunu təbrik etdi

47244
Bu gün Azərbaycanda tanınmış siyasi liderlərdən biri olan ADP sədri, Qarabağ Blokunun həmsədri Sərdar Cəlaloğlunun  60 yaşı tamam olur.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Sərdar Cəlaloğlunu yubiley münasibətilə təbrik edib. Təbrikdə deyilir:
 Hörmətli sərdar bəy!
Sizi yubiley münasibətilə ürəkdən təbrik edir, uzun ömür , can sağlığı, siyasi və elmi fəaliyyətində müvəffəqiyyətlər  arzulayıram. 
Siz Azərbaycanın dəyərli insanlarından birisiniz. Azərbaycan Milli Azadlıq Hərəkatının öncülərindən olmusunuz  və ömrünüzün  böyük hissəsini Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, demokratikləşməsi  uğrunda mübarizəyə həsr etmisiniz. Bu gün də yorulmadan. usanmadan Azərbaycanın demokrtikləşməsi və ərazi bütövlüyü uğrunda prinsipial və ardıcıl mübarizənizi davam etdirirsiniz.  Ã–zünə, ailə üzvlərinə, yaxınlarına olan təzyiqlər, məhbəs həyatı belə Sizi müqəddəs bildiyiniz, uğrunda mübarizə apardığınız  yoldan çəkindirə bilməyib. Keçdiyiniz şərəfli həyat yolu Sizin milli və dövlət maraqlarını daim hər şeydən üstün tutduğunuzu əyani surətdə təsdiqləyir.
Bir daha sizi yubiley münasibəti ilə təbrik edir, uzun ömür , can sağlığı, siyasi və elmi fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycanın demokratikləşməsi naminə apardığınız yorulmaz mübarizədə uğurlar arzulayıram.
Təbrik edirəm!
                                                                                                                                               İqbal Ağazadə
                                                                                                                                          Ümid Partiyasının sədri,
                                                                                                                                                           millət vəkili


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin