Onlar təhsil haqqından azad edildi - Nazirlər Kabinetindən qərar

Hazırda oxunan: Onlar təhsil haqqından azad edildi - Nazirlər Kabinetindən qərar

35836

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad ediliblər.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Orta ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnaməsi" və "Ali təhsil müəssisəsinin nümunəvi nizamnaməsi"nə müvafiq dəyişikliklər edilib. 

Bu dəyişiklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Eyni dəyişiklik rezidentura və doktorantura təhsilinə də şamil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin