Aparıcı Leyla Quliyeva tədbirlərin birində fotokameralar qarşısına keçərək, şəkillər çəkdirib.xa0
Aparıcı builki “Eurovision”x9d yarışmasında baş verənlərdən danışıb.xa0
O, erməni təmsilçinin yarışmada qondarma Dağlıq Qarabağ bayrağını qaldırmasından danışıb və Səmra Rəhimlinin buna soyuqqanlı yanaşmasını qınayıb:
“Səhnədə çıxıb oxumaq başqa bacarıqdır. Bununla yanaşı müğənni unutmamalıdır ki, orada təmsil etdiyi ölkənin yeganə carçısıdır. 9 milyon xalqının ürəyində olan ağrını, acını daşıyırsan, onları təmsil edirsən. Hər şeyin etikası var. Başa düşürük, sənin problemin var, amma “Eurovision”x9d bunu həll etmək üçün ideal məkanı deyil. Sənin düşmənin olan ifaçı orada necə odlu-alovlu çıxışlar edir. Ona ünvanlanan suallara necə cavab verirdisə... Bilinirdi ki, əvvəlcədən hazırlanıb. Sən də özünü sıxmamalı, təmsil etdiyin ölkənin ağrısını əks etdirməlisən. Bu mənim üçün çox önəmli hal idi. Ona görə də “Eurovision”x9da gedən ifaçı birinci oxumağı, ikinci səhnə mədəniyyətini, üçüncü kamera qarşısında özünü aparmağı, dördüncü isə siyası baxışları öyrənməlidir”x9d. axsam.az




































































































