Bakıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Hazırda oxunan: Bakıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

611743

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı Sənan Muxtarov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı ondan ümumilikdə 6 kiloqram 765 qram həşiş və marixuana aşkarlanaraq götürülüb.

Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.

“Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir”, - deyə məlumatda vurğulanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin