“Hesab edirəm ki, AYB vəxa0 bir sıra ədəbi qurumlar ədəbi mükafatlandırma işinə daha diqqətlə yanaşmalıdırlar. Çünki AYB bilavasitə bu işə məsuldur və ciddi bir ədəbiyyat mükafatı təsis edilməlidir”.
Bunu Moderator.az-a açqlamasında ədəbi tənqidçi Əsəd Cahangir bildirib. O, həm Azərbaycan Yazıçılar Birliyinə yaradıcı məsələlərlə bağlı, həm də Nəsimi ili ilə bağlı bəzi təkliflər irəli sürüb:
“Yazıçının maddi şərtlərinə, mənəvi tələbatına uyğun nüfuzlu bir ədəbiyyat mükafatı olmalıdır. Bu ədəbiyyat mükafatı yazıçının müəyyən bir dövrdə, tutaq ki, bir neçə illiyə hətta maddi təminatını ödəyəcək qədər olmalıdır. Məsələn Avropa ölkələrində bir neçə mükafat var. Mən demirəm ki, Nobel olsun. Bu əlbəttə ki, bizim üçün çox fantastik bir rəqəmdir. Amma adını çəkdiyim o mükafatlar səviyyəsində mükafat vermək mümkündür. Məsələn, incəsənət sahəsində əvvəllər “Humay”xa0 mükafatı verirdilər. Bilmirəm bəlkə indi də verilir. Təxminən ona bərabər mükafat təsis etmək mümkündür ədəbiyyat sahəsində. Bu mükafatın veriliməsi ədəbi prosesin canlanmasına, maraq yaranmasına, gözəl əsərlərin meydana çıxmasına ancaq müsbət təsir göstərə bilər”.xa0
Ə. Cahangir “Nəsimi ili” ilə də təklif irəli sürüb:xa0
“Bu il Prezindentimiz tərəfindən “Nəsimi ili” elan olundu, fərman verildi. Nəsimi əsərlərinin tədqiqi, təbliği mövzusunda Nəsimiyə həsr olunmuş şeirlər, hekayələr essellər, pyeslər və s. nominasiyalar üzrə Ümumrespublika səviyyəsində, hətta ümumtürk xalqları miqyasındaxa0 beynəlxalq səviyyəli gözəl bir mükafat təsis etmək olar. Və bu böyük bir ədəbi hadisəyə çevrilə bilər”.xa0
Ülviyyə Qarayeva


































































































