Ömür dost kimidi, azı yaxşıdı

Hazırda oxunan: Ömür dost kimidi, azı yaxşıdı

127194
Moderator.az Yaralı Bəxtiyarın yeni şeirlərini təqdim edir.xa0

USTADNAMƏLƏR

ÖMÜR DOST KİMİDİ, AZI YAXŞIDI

80 bəs eyləyər, 90 pis olmaz
Ömür dost kimidi, azı yaxşıdı
Bir iş gör, yüz olar ağız büzənlər
Beşcə adam qalsa razı, yaxşıdı
-
Doludu boşboğaz, gəlmişik cana
Qatıb xaşıl edir dağı arana
Danabaş adamdan bir qotur dana,
Pazıbaş adamdan pazı yaxşıdı
-
Qabaq çəkən nər olammaz hər dəvə
Dizim varkən əlim düşməz hər dəfə
Bir adam ki üz qaralda hər dəfə
Ondan ayaqqabı mazı yaxşıdı
-
Sürüsü gələndə sular bulana
Namərd baxan deyil ölən- qalana
Bir adam ki qapı- qapı sülənə
Ondan qapıdakı tazı yaxşıdı
-
Gülər qalxan adam enən adama
Çoxdu öyüd verən yanan adama
Anlayan adama, qanan adama
Şair Bəxtiyarın sözü yaxşıdı

******_

Sözünü yeyərsən, sözün tutulmaz
xa0Sonradan bəhanə yüz gətir, insan.
xa0Etibar edənlər etibar etməz
xa0Lap da çörək gətir, duz gətir, insan.

Haqdı gülün saralması, solması,
xa0Bir quyunun boşalması, dolmasıxa0
Minnət olar dost bağının almasıxa0
Bacar öz bağından üz gətir, insan

Həsrəti, möhnəti döşün çəkməsin
xa0Qəm, kədər üstünə qoşun çəkməsinxa0
Dilin bəlasını başın çəkməsinxa0
Dilə könül açan söz gətir, insan.

Dövlət qar kimidi, qalmaz qar yerdə
xa0Arxa çevirəcək qalsan dar yerdəxa0
Çalış öz sözünü söylə hər yerdə
xa0Özgədən misalı az gətir, insan.

Ölsün o insan ki, deyib eləməz
xa0Bəxtiyar sözünü yeyib eləməzxa0
Əyriyə əyri ol, eyib eləməz
xa0Çalış düz insanla düz gətir, insan.


TUTMA ƏTƏYİNDƏN ƏL TUTMAYANIN

Tutma ətəyindən əl tutmayanınxa0
Bir gün qapısından kürüdər səni
xa0Lap da ürəyini buz kimi saxla
xa0Buz kimi ayaqdan əridər səni

Bir gün əl açmaq da eyləməz əlac
xa0Ya başın küllənər, ya küllənər sacxa0
Usanma zəhmətdən, bir gün ehtiyac
xa0Düşmən qapısına yeridər səni

Ömür bir gövhərdi, çirkə bularsan
xa0Itirib özünü çətin bularsan
xa0Hər gədə- güdəyə quyruq bularsan,
xa0Bir tulapayına kiridər səni

Yüz söz de, nadana eyləməz əsər
xa0Nə başı götürər, nə ağlı kəsərxa0
Yaralı Bəxtiyar, eylə müxtəsərxa0
Sözü çürüdərsən, çürüdər səni.

MƏNDƏN UZAQ OLSUN

Məndən uzaq olsun görməmiş, nadan
xa0Birini yaxına qoyası döyəmxa0
Məni ağırlıqda qızılı olaxa0
Məni saymayanı sayası döyəm

Əvə yeri etdi qəmlər qoynumuxa0
Yüz qom gül bağlana, açmaz eynimixa0
Haq yanında qıldan nazik boynumuxa0
Hər boynuyoğuna əyəsi döyəm


Haq nədi, nahaq nə, deyəsi oldum
xa0Hər otu, çiçəyi duyası oldumxa0
Mən də öz sözümün yiyəsi oldum
xa0Özgə malın, mülkün yiyəsi döyəm

Yaralı Bəxtiyar Əskiparalı
xa0Qaraca telləri geri daralıxa0
Ömür keçib gedir ağlı, qaralıxa0
Vaxt qızıl kimidi- qıyası döyəm

QORX

Sözünü deyəndən qorxun olmasın
Sən o kirpi kimi mısanlardan qorx
Susmaq lazımdısa çərənləyəndən
Dinmək lazımdısa susanlardan qorx

Qorxma bu dünyanı cilovlayandan
Dəryada nəhəngi tilovlayandan
Qorxma aslan pusub fil ovlayandan
Adamı it kimi pusanlardan qorx

Küt alət kimidi beyini kütlər
Adama bir dəysə ikiyə qatlar
Səni qorxutmasın əzazil itlər
Qorxub quyruğunu qısanlardan qorx

Qorxma orda- burda yol kəsənlərdən
Saxta yollar ilə pul kəsənlərdən
Qorxma başlar kəsib qol kəsənlərdən
Arxanca o asıb- kəsənlərdən qorx
_
Bəxtiyar, nahaqmış haq sandıqların
Töküldü pambığı çox sandıqların
Güvənib arxanda dağ sandıqların,
Halbuki, hər yelə əsənlərdən qorx.

BİRİNƏ GÜVƏNİB MİNƏ PİS OLMA

Birinə güvənib minə pis olma
O dostun dostluğu pozmağı da var
Demə ki işlərim düppə- düz gedir
Qələmin tərsinə yazmağı da var

Var- dövlət eşqinə nəşələnmə heç
Eşikdə qalarsan, eşələnmə heç
Tale üzə gülsə, şeşələnmə heç
Ayağın altını qazmağı da var

Fələyin həmişə bir üzü qanlı,
Gecəsi qansızsa, gündüzü qanlı
Belə qansız olma, a gözüqanlı
O qanın beyinə sızmağı da var

Əsas şərti qoymaq əsas şərt deyil
Gör kimin, kimlərin yurdu yurd deyil
Yaralı Bəxtiyar, ölüm dərd deyil
Adamın biryolluq çezməyi də var

BAŞINA DÖYƏRSƏN SİNƏNƏ DÖYMƏ

Başına döyərsən, sinənə döymə
Adama hər zaman tale yar olmaz
Elə də eləyər, belə də edər
Fələyin işinə bah- bazar olmaz
xa0
Bu gün qoltuğuna verər qarpızı
Sabah qoltuğuna verər xa0xoruzu
Gedər bin- bərəkət, çəkilər ruzu
Həmişə əlində ixtiyar olmaz
xa0
Bəzən bulağın da gözü tutular
Yenilməz iyidin dizi tutular
Sözünü bilənin sözü tutular
Yerini bilənin yeri dar olmaz
xa0
Bəzən cəlladı da edərlər edam
Böyük bir şəhəri yandırar bir şam
Taleyi üzünə gülən ay adam
Hər üzə güləndə etibar olmaz
xa0
Bəzən hənir verər, od olar gərmə
xa0Verəmməz yerini ipəklə tirmə
Yaralı Bəxtiyar, özünü yorma
Bir gül açmaq ilən laləzar olmaz

SAYACAQLAR

Vardan uzaqsansa, varlı yaxınlar
Səni uzaq- yaxın yox sayacaqlar
Pula pul deməzlər adama adam
Qara qazancları ağ sayacaqlar

Giribən donlara imic deyərlər
Sənə dərd nuş eylə, qəm iç deyərlər
Qənaət eyləsən simic deyərlər
Səxavət eyləsən lox sayacaqlar

Gahdan iqtidara, hökmətə yozub
Gah alın tərinə, zəhmətə yozub
Gah alın yazısı, qismətə yozub
Sənə olanları hax sayacaqlar

Der Bəxtiyar: üzdən abır tökülsə
Bağrım başı şan- şan olub sökülsə
Adın harda hörmət ilə çəkilsə
Quru hörməti də çox sayacaqlar


YAXŞI

Çoxüzlü dostlardan, üzsüz dostlardan
Bir kilo pendirin üzlüsü yaxşı
Duz- çörək itirən duzsuz dostlardan
Bazarda balığın duzlusu yaxşı

Bənna olan xəttin tutar şuğuldan
Qırx oynaşlı arvad yaxşı çuğuldan
Sözünün dalından qaçan oğuldan
Qızın üç- beşinnən sözlüsü yaxşı

Dost olub yol varma yoldan ötənnən
Sənə xeyir gəlməz xeyir güdənnən
Qazlı danışsa da, qazlıq edənnən
Mineral suların qazlısı yaxşı

De Bəxtiyar, getmək olmur gedənnən
Dost getdisə can ayrılar bədənnən
Oturub dostundan qeybət edənnən
Gəzəyən gəlinin nazlısı yaxşı


DOST TUTMA TUTUMSUZ ADAMI, KÖNÜL


Dost tutma tutumsuz adamı, könül
Göz tökər , düzələn qaş olsun deyər
Namərdin gözləri nəmərdə qalar
Kim versə hamıdan baş olsun deyər
xa0
Bənna olan daşa tutar şuğulu
Ağlar gözlər axır bir gün soğulu
Yaxın qoyma, xəbərçini, çuğulu
Qoy elə bir sözün beş olsun deyər
xa0
Göz ağacı ola bilməz hər ağac
Daş atana əvəz verər bar ağac
Gen dolan nadannnan azı bir ağac
Haqqını yeyənə nuş olsun deyər
xa0
Der bəxtiyar: hələ yolun ucudu
Tablamadı, neçələri burcudu
Tərlan olan döş ətinin acıdı
Quzğunlar - xa0bolluca leş olsun deyər


ARXAM VAR DEYİBƏN ARXAYIN DÜŞMƏ

Arxam var deyibən arxayın düşmə
Qəflətən arxandan arxa çəkilər
Qarışar ağzınla burnunun qanı
Dəsmalın dalbadal arxa çəkilər

xa0
Söz sahibi olubdu hər düdəmə
Üzüssuzun gözlərindən su dama
Yıxılanın qol-qanadın budama
Öz ömür bağına xırxa çəkilər
xa0
Bəxtiyar söylədi- çatana çatar
Qoyun sürü gedər, durnalar qatar
Bilməzmi öz ömrü yeyilər, bitər
Tiyə xa0yerli-yersiz çarxa çəkilər

DEDİM TEZ ARALAN ZATIQIRIQDAN

Dedim: tez aralan zatıqırıqdan
Səxası, mərfəti bir qırıq olar
Mərd cannan usanar, haqdan usanmaz
Min hədə gəlinər, min qılıq olar

Keçən gözəl günlər ax, indi olsa
Özünə yol eylər axıntı olsa
Lap elə bir elin axundu olsa
Namərdin dalında şunquruq olar

Deyim nədi Bəxtiyarı xa0ağladan
xa0Qar sinələr gözlərimi çağladan
Bü gün baş kəsdirən, sinə dağladan
Sabah ayaq altda mıncılıq olarxa0


BU QOCA DÜNYADI, AY CAVAN OÄžLAN

Bu qoca dünyadı, ay cavan oğlan
Çaş qoyar ustadı xam eylər, eylər
Yaranın üstünə duz basar bol- bol
Di gəl xörəyində kəm eylər, eylər

Demə gücüm nə güc, bilək nə bilək
Sonun nə olacaq, bilək, nə bilək
Daş qəlbdən qamqalaq qoparmaz fələk
Daş əzmi yumşaldar, mum eylər, eylər


Bu qara yolların özüm karvanı
Birim sarvanıdı, yüzüm karvanı
Gedər ağır- ağır sözüm karvanı
Səgrəqib qıraqdan ham eylər, eylər

Durnalar göylərdə qurub üçbucaq
Mənə dördbucaqlar açıbdı qucaq
Bəxtiyar özünə eylədi ancaq
Özü etməyənə kim eylər, eylər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin