Türkiyənin İzmir şəhərində zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib.
Bizim.Media hadisə zamanı daha 15 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı ölkənin daxili işlər naziri, eləcə də energetika və təbii sərvətlər nazirindən mütəmadi məlumat aldığını və vəziyyətin inkişafını izlədiyini bildirib.
Qeyd edək ki, hadisə noyabrın 9-da saat 11:30 radələrində Çakmaklı məhəlləsində, Atatürk küçəsində yerləşən zavodda qeydə alınıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və tibbi yardım briqadaları cəlb olunub.
Bizim.Media



































































































