Rusiya işğalçı qüvvələri Odessanın mülki və infrastruktur obyektlərinə reaktiv PUA-larla hücum edib. Nəticədə 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, şahidlrin və hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum zamanı "Epitçentr" ticarət mərkəzinin ərazisi və "Novaya Poçta"nın anbarı vurulub, güclü yanğın baş verib. İstehsalat sexi və yük avtomobilləri də zərər görüb.
Vilayətin digər rayonlarında, o cümlədən Kiliya şəhərində liman və mülki infrastruktura, otelə, tibb müəssisəsinə, mağazaya və taxıl anbarına ziyan dəyib. Xilasedicilər tərəfindən yanğının söndürülməsi üçün 140-dan çox mütəxəssis cəlb olunub.
Faktla bağlı hərbi cinayətlər maddəsi üzrə cinayət işi başlanıb, yaralıların xəstəxanada müalicəsi davam edir.





Bizim.Media





































































































