Hərbçilərin ölümündən sonra Tokayev müdafiə nazirini vəzifəsindən azad etdi

Hazırda oxunan: Hərbçilərin ölümündən sonra Tokayev müdafiə nazirini vəzifəsindən azad etdi

638975

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dauren Kosanovu respublikanın müdafiə naziri vəzifəsindən azad edib.

Bizim.Media xəbər verir ki, müvafiq məlumat Qazaxıstan prezidentinin rəsmi saytında dərc olunub.

İstefa Xəzər dənizində təlimlər zamanı 14 Qazaxıstan hərbçisinin həlak olmasından bir neçə gün sonra baş tutub.
 

Xatırladaq ki, sentyabrın 24-də Manqistau vilayətində keçirilən "Xəzər korqanı – 2026" təlimləri zamanı " Kaysar" katerindən şəxsi heyət çıxarılarkən hərbçilər dənizə düşüb. Üç nəfəri xilas etmək mümkün olub, 14 nəfər həlak olub.


Ağır nəticələrə səbəb olan səhlənkarlıq və gəmiçilik qaydalarının pozulması faktları üzrə cinayət işi başlanıb. Müdafiə Nazirliyinin beş vəzifəli şəxsi, o cümlədən ali və yüksək komanda heyətinin nümayəndələri saxlanılıb. Saxlanılanlar arasında Hərbi Dəniz Qüvvələrinin baş Qərargah rəisi – baş komandanın birinci müavini, iki hərbi hissənin komandiri, həmçinin dəniz piyadaları və kater rotasının komandirləri var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin