Türkiyə Rusiyanın rəsmi razılığı olmadan Rusiyadan aldığı "S-400" zenit-raket komplekslərini üçüncü tərəfə təhvil verə və ya sata bilməz.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT-nin mənzil-qərargahında keçirilən mətbuat konfransında bəyan edib.
"S-400"lərlə bağlı məsələnin necə həll olunacağı və Türkiyənin bu sistemləri sata biləcəyi barədə suala cavab verən Lavrov, Moskva ilə Ankara arasında bağlanmış müqavilənin şərtlərini xatırladıb.
"S-400 sistemləri son istifadəçi sertifikatına tam və sona qədər hörmət edilməsini nəzərdə tutan müqavilə ilə birlikdə tədarük edilib. Onlar çox yaxşı bilirlər ki, əgər nə vaxtsa bu sistemləri öz sərhədlərindən kənara çıxarmaq istəsələr, bizim rəsmi razılığımız olmadan bunu edə bilməzlər", – deyə Rusiya XİN rəhbəri bildirib.
Lavrovun sözlərinə görə, Türkiyə hələ ki belə bir xahişlə Rusiyaya müraciət etməyib.
"Belə bir müraciət olmayıb. Bizə bu cür müraciət daxil olmayıb", – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Rusiya Türkiyəyə "S-400"lərin tədarükünə 2019-cu ilin iyulunda başlayıb.
Sistemin alınmasına dair müqavilə 2017-ci ilin aprelində imzalanıb. Birinci batareyanın tədarükü 2019-cu ilin iyulunda, ikincisi isə həmin ilin sentyabrında başa çatıb, bundan sonra Türkiyədə sistemin istismara hazırlanması prosesi başlayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:19 / 26.09.2026
Lavrov “S-400”lərlə bağlı: "Türkiyə Rusiyanın icazəsi olmadan...”
Hazırda oxunan: Lavrov “S-400”lərlə bağlı: "Türkiyə Rusiyanın icazəsi olmadan...”
Hazırda oxunan: Lavrov “S-400”lərlə bağlı: "Türkiyə Rusiyanın icazəsi olmadan...”
638945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































