Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

Hazırda oxunan: Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

638929

Fransada sürücü avtomobili ekofəallardan ibarət kütlənin üzərinə sürüb. 

Bizim.Media xəbər verir ki, bu barədə prokurorluğa istinadən "BFMTV" telekanalı məlumat yayıb.

Kanal prokuror Erik Serfassa istinadən xəbər verir ki, yoldakı tıxaclardan aşkar şəkildə qəzəblənən və narkotik vasitənin təsiri altında olan avtomobil sürücüsü kütləni yarıb keçməyə cəhd edib. 
 

Mənbənin məlumatına görə,ətraf mühit yürüşünün dörd iştirakçısı yüngül xəsarətlər alıb.Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücünün hərəkətlərində terror motivini nəzərdən keçirmirlər.


Polis hadisəni törədən 37 yaşlı şəxsi saxlayıb. Tibbi müayinə zamanı onun orqanizmində narkotik maddələrin olduğu üzə çıxıb. Onların konkret hansı maddələr olduğu isə dəqiqləşdirilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin