ABŞ Prezidenti Donald Tramp İrandan gələn Hörmüz boğazı ilə bağlı təklifi rədd etdiyini bəyan edib.
Bizim.Media bu barədə “Reuters”ə istinadla xəbər verir.
Bir gün əvvəl İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirmişdi ki, Tehran vasitəçilər vasitəsilə Vaşinqtona Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük plan təqdim edib.
Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ lideri:
"Onlar bir təklif irəli sürdülər, lakin mən bunu rədd etdim", – deyə qeyd edib.
Sentyabrın 26-da Birləşmiş Ştatlar və İran arasında Tehranın təklif etdiyi marşrutun açılması planı üzrə danışıqların konstruktiv keçdiyi barədə məlumat verilmişdi.
Bizim.Media
































































































