ABŞ administrasiyası jurnalistlərin Tennessi ştatına səfəri zamanı Prezident Donald Trampın təyyarəsində olmasına icazə verməyib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanaldan bildirilib ki, jurnalistlər qrupu siyasətçinin yerli kollecdə keçirilən futbol matçına səfərini işıqlandırmalı idi. Lakin bir gün əvvəl onlara təyyarənin göyərtəsində olmaqdan imtina edildiyi məlum olub.
Xatırladaq ki, sentyabrın 18-də Donald Tramp CNN, MS NOW telekanallarını və “Politico” nəşrini Ağ Evə giriş hüququndan məhrum etmək qərarına gəlib.
Siyasətçi qeyd edib ki, digər media qurumları da eyni aqibətlə üzləşə bilər. O, sözügedən telekanalları və nəşri onun administrasiyası haqqında saxta xəbərlər yazdıqları üçün "yalançı" adlandırıb. CNN, MS NOW və “Politico” məhkəmə yolu ilə Ağ Evə müvəqqəti qayıtmağa nail olublar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:48 / 26.09.2026
CNN jurnalistləri Trampın təyyarəsinə buraxılmadı
Hazırda oxunan: CNN jurnalistləri Trampın təyyarəsinə buraxılmadı
Hazırda oxunan: CNN jurnalistləri Trampın təyyarəsinə buraxılmadı
638922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































