Xəzərdəki təlim faciəsinə görə Qazaxıstanda yüksəkrütbəli hərbçilər HƏBS OLUNDU

Hazırda oxunan: Xəzərdəki təlim faciəsinə görə Qazaxıstanda yüksəkrütbəli hərbçilər HƏBS OLUNDU

638777

İstintaq Xəzər dənizində keçirilən təlimlər zamanı hərbi qulluqçuların həlak olması işi üzrə şübhəli bilinən vəzifəli şəxsləri müəyyən edib. 

Bizim.Media "Kazinform" agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb. 

Baş Prokurorluğun məlumatına görə, xidməti vəzifələrini lazımi səviyyədə yerinə yetirməməkdə, o cümlədən hava şəraitini nəzərə alaraq şəxsi heyətin təhlükəsizliyini və nəzarətini təmin etməməkdə şübhəli bilinən vəzifəli şəxslər müəyyən olunub.

Araşdırma çərçivəsində hadisə yerinə baxış keçirilib, 30-dan çox hərbi qulluqçu dindirilib, sənədlər və videomateriallar götürülüb. Həmçinin 12 ekspertiza təyin edilib.

Sentyabrın 25-də Xəzərdəki təlimlər zamanı hərbçilərin həlak olmasından sonra Qazaxıstanda 5 nəfər saxlanılıb. Medianın məlumatına görə, onların arasında respublika Hərbi Dəniz Qüvvələrinin baş komandanının birinci müavini, 1-ci dərəcəli kapitan Daniyar Xayruşev də var.

Ondan başqa, hərbi hissə komandirləri, dəniz piyadaları rotasının və katerin komandirləri barəsində həbs qətimkan tədbiri seçilib. Onlar xidmətə laqeyd yanaşmaqda şübhəli bilinirlər.

Qazaxıstan əsgərlərinin həlak olması ilə nəticələnən hərbi təlimlər sentyabrın 24-də Xəzər sahillərində keçirilib. Manevrlər zamanı hava şəraiti qəfildən pisləşib və külək güclənib, nəticədə 17 hərbi qulluqçunu dənizdə axın aparıb. Onlardan 3-nü xilas etmək mümkün olub, digər 14 nəfər isə həlak olub. Bu fonda respublika Prezidenti Qasım-Jomart Tokayev sentyabrın 25-ni ümummilli matəm günü elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin