Ukraynalı Polşada monastıra hücum etdi: Ölən və yaralılar var – FOTO

Hazırda oxunan: Ukraynalı Polşada monastıra hücum etdi: Ölən və yaralılar var – FOTO

638507

Polşada maçete ilə silahlanmış ukraynalı monastıra hücum edərək bir keşişi öldürüb, daha dörd nəfəri isə yaralayıb.

Bizim.Media xəbər verir ki, 31 yaşlı silahlı şəxs Podkarpatye bölgəsindəki Yaroslav şəhərində yerləşən Benedikt monastırının ərazisinə daxil olaraq, ibadət mərasimi zamanı dindarlara və keşişlərə hücum edib.

İlkin məlumatlara görə, dörd kişi və bir qadın xəsarət alıb. Zərərçəkənlərdən biri – keşiş aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.

Hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub, hücumun motivi isə hələ müəyyən edilməyib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin