Zelenski NATO-nun Baş katibi ilə görüşdə: “Raket və dronları vurmağı öyrənmişik”

Hazırda oxunan: Zelenski NATO-nun Baş katibi ilə görüşdə: “Raket və dronları vurmağı öyrənmişik”

638498

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, NATO-nun Baş katibi Mark Rutte ilə Nyu-Yorkda keçirdiyi görüş Kiyevin ballistik hücum altında olduğu bir vaxtda baş tutub və əsas müzakirə mövzusu Ukraynanın “Patriot” sistemlərinə və qış mövsümü üçün dəstək paketinə ehtiyacı olub.

Bizim.Media xəbər verir ki, Ukraynanın dövlət başçısı bunu “Telegram”da açıqlayıb.

V. Zelenski qeyd edib:

“Baş katib Mark Rutte ilə görüşdüyümüz zaman Kiyev artıq üç ballistik hücum dalğasına məruz qalmışdı. Mən Markı bütün nəticələr, dağıntılar və itkilər barədə ətraflı məlumatlandırdım. Bu, Ukraynanın yaşadığı daimi reallıqdır. Bu terrora qarşı təkbaşına mübarizə aparmaq mümkün deyil”.

Prezident qeyd edib ki, ukraynalılar qanadlı raketləri və dronları vurmağı öyrəniblər, hazırda “Şahed” reaktiv raketlərə qarşı həll yolu axtarırlar və artıq yaxşı nəticələr əldə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin