Əraqçi ABŞ və İsrailə görə Avropa İttifaqına XƏBƏRDARLIQ etdi

Hazırda oxunan: Əraqçi ABŞ və İsrailə görə Avropa İttifaqına XƏBƏRDARLIQ etdi

638394

İranın xarici işlər naziri Abbas Əraqçi avropalı nümayəndələrə ABŞ və İsrailin Qəzza və İrandakı fəaliyyətlərini dəstəkləməyin uzunmüddətli fəsadları barədə xəbərdarlıq edib. O, həmçinin NATO-nun mövqeyini kəskin tənqid edərək bildirib ki, "yaltaqlıq heç vaxt zorakını məmnun etmir".

Bizim.Media xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında Əraqçi BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və digər avropalı həmkarları ilə keçirdiyi görüş barədə məlumat verib.
 

İranlı nazirin sözlərinə görə, o, avropalı nümayəndələrin diqqətinə İsrail və ABŞ-nin Qəzza və İrandakı addımlarına verilən dəstəyin "ağır və uzunmüddətli fəsadları" olacağını birbaşa çatdırıb.


Əraqçi bu ittihamları hər hansı bir beynəlxalq məhkəmənin və ya digər müstəqil instansiyanın qərarı kimi təqdim etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin