Ağ Ev dizel yanacağının ixracına 90 günlük qadağa qoyulmasını nəzərdə tutan plan hazırlayır.
Bizim.Media xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, tətbiqi ilə bağlı hüquqi prosedurları hələ işlənilmə mərhələsində olan bu qadağa həm administrasiya daxilində, həm də neft sənayesi ilə münasibətlərdə ciddi fikir ayrılığına səbəb olub.
Qeyd olunur ki, hakimiyyət Konqresə keçiriləcək aralıq seçkiləri ərəfəsində enerji daşıyıcılarının qiymətini aşağı salmağa çalışır.
Belə ki, bu seçkilərin nəticələrinə görə hakim Respublikaçılar Partiyası qanunverici orqanın Nümayəndələr Palatasındakı çoxluğunu itirə bilər.
Hazırda ABŞ-də dizel yanacağının qiymətində rekord artım qeydə alınıb. Belə ki, sentyabrın 23-də bir qallonun (3,78 litr) orta qiyməti 6,52 dollar təşkil edib. Bu isə bir ay əvvəlki göstəricidən 91 sent, 2025-ci illə müqayisədə isə 2,83 dollar bahadır.
Bizim.Media









































































































