ABŞ və İran rəsmiləri Nyu-Yorkda danışıqlar aparıblar – Tramp açıqladı

Hazırda oxunan: ABŞ və İran rəsmiləri Nyu-Yorkda danışıqlar aparıblar – Tramp açıqladı

638192

ABŞ və İran sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasında yüksək səviyyəli tədbirlərdə iştirak edərkən danışıqlar aparıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp Tehranla razılığın əldə olunacağına ümid etdiyini bildirsə də, mümkün müddət barədə açıqlama verməyib.

Böyük Britaniyanın baş naziri Endi Börnhem ilə keçirdiyi ikitərəfli görüş zamanı Tramp: "Düşünürəm ki, razılıq əldə olunacaq", — deyə bildirib.

ABŞ prezidentinin sözlərinə görə, İran Vaşinqtonla dialoqu davam etdirməkdə maraqlıdır.
 

"Onlar bizimlə danışmaq istəyirlər. Bizimlə danışıblar. Hətta bu gün də bizimlə danışıblar və münasibətlər inkişaf edir", — deyə Tramp bəyan edib.


Bununla belə, o, münasibətlərin inkişafı dedikdə tam olaraq nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

ABŞ prezidenti həmçinin bildirib ki, İran Vaşinqtonun nüvə silahı məsələsindəki mövqeyini anlayır.

"Onlar başa düşürlər ki, biz onların nüvə silahına sahib olmasına icazə verə bilmərik və buna görə bədəl ödəməli olacaqlar", — deyə ABŞ lideri vurğulayıb.

İran nümayəndə heyətinin BMT Baş Assambleyasında iştirak etmək üçün çərşənbə günü Nyu-Yorka gələcəyi gözlənilir. Trampın İran prezidenti və ya xarici işlər naziri ilə görüşüb-görüşməyəcəyi hələlik məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin