Türk Hava Yolları 8 aydır İrana uçuş həyata keçirmir

Hazırda oxunan: Türk Hava Yolları 8 aydır İrana uçuş həyata keçirmir

638155

Türk Hava Yollarının (THY) İrana bütün uçuşları dayandırdığı barədə yayılan xəbərlərə İran Mülki Aviasiya Təşkilatından münasibət bildirilib.

Bizim.Media xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid Əhvən bu barədə açıqlamasında mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Onun sözlərinə görə, THY artıq 8 aydır İrana heç bir uçuş həyata keçirmir.

“THY 8 aydır İrana heç bir uçuş həyata keçirməyib. Hazırda aktiv uçuş olmadığına görə reyslərin ləğvi və ya dayandırılması kimi bir vəziyyətdən söhbət gedə bilməz”, – deyə Əhvən bildirib.
 

Məcid Əhvən mediada yayılan spekulyativ xəbərlərin mövcud uçuş vəziyyəti ilə uyğun gəlmədiyini vurğulayıb.


Qeyd edək ki, bu gün Türkiyə mediasında THY və AJet-in İran reyslərini 2027-ci ilin martına qədər planlaşdırmadığı, “Pegasus”un isə İran reyslərini rezervasiya sistemindən çıxardığı barədə məlumatlar yayılıb. Şirkətlər tərəfindən bu məlumatlarla bağlı rəsmi açıqlama verilməyib. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin