Quterreş: “Heç bir dövlətin “super gücə” malik olmadığı aydın görünür”

Hazırda oxunan: Quterreş: “Heç bir dövlətin “super gücə” malik olmadığı aydın görünür”

638137

Son hadisələr göstərdi ki, supergüclərin gücü elə də super deyil.

Bizim.Media xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş BMT Baş Assambleyasında vida çıxışında deyib.
 

O bildirib ki, son dövrlərdə supergüclərin gücünün məhdud olduğu, heç bir dövlətin tam mənada “super gücə” malik olmadığı daha aydın görünür.


Quterreşin sözlərinə görə, yalnız hərbi güc, texnoloji üstünlük və ya iqtisadi qüdrət təhlükəsizliyi və sabitliyi təmin edə bilməz. Bunun üçün çoxtərəfli, BMT mərkəzli beynəlxalq sistemə ehtiyac var.

O vurğulayıb ki, bu sistemi sıfırdan qurmağa ehtiyac yoxdur:

“Bizim artıq BMT Nizamnaməmiz var. Bu haqqında danışdığım ədalətli sistemin onurğa sütunudur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin