Yaponiyaya güclü tayfun yaxınlaşır. Hakimiyyət orqanları təxminən 2 milyon insanı təxliyə etməyə çağırıb.
Bizim.Media BBC-yə istinadla xəbər verir ki, bu barədə Yaponiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təxliyə barədə sərəncam altı prefekturada - İbaraki, Tiba, Tokio, Kanaqava, Şidzuoka və Saitamada 1 908 645 nəfərə təsir göstərəcək.
Təxliyə məcburi xarakter daşımır, lakin Yaponiya Meteorologiya Agentliyi bəzi bölgələrdə həyat üçün birbaşa təhlükə barədə xəbərdarlıq edib.
“Xahiş edirik, hazırda olduğunuz bələdiyyədə fəlakət riski səviyyəsini yoxlayın və yerli hakimiyyət orqanları rəsmi təxliyə əmrini elan etməzdən əvvəl ərazini tərk edin”, – deyə agentliyin baş sinoptiki Takuya Hosomi çağırış edib. Onun sözlərinə görə, tayfun gözləniləndən daha güclü olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:00 / 21.09.2026
Yaponiyaya güclü tayfun yaxınlaşır: 2 milyon insan təxliyə olunacaq
Hazırda oxunan: Yaponiyaya güclü tayfun yaxınlaşır: 2 milyon insan təxliyə olunacaq
Hazırda oxunan: Yaponiyaya güclü tayfun yaxınlaşır: 2 milyon insan təxliyə olunacaq
637957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































