Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Nyu-Yorkda görüşmək barədə razılıq əldə etdiklərini bildirib.
Bizim.Media xəbər verir ki, Zelenski Trampla "vacib söhbət" apardıqlarını və geniş spektrli məsələləri müzakirə etdiklərini qeyd edib:
“Razılaşdıq ki, Nyu-Yorkda görüşəcəyik və bu görüş çox şeyi dəyişə bilər”.
Ukrayna lideri Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfərinə görə minnətdarlığını bildirib. Sülh prosesinin bir nömrəli prioritet olduğu vurğulanıb.
Tərəflər deeskalasiya addımları, eləcə də enerji, ərzaq təhlükəsizliyi və insanların müdafiəsi məsələlərini müzakirə ediblər. Zelenski həmçinin Lindsi Qrem qanununun imzalanmasına görə ABŞ tərəfinə təşəkkür edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:55 / 20.09.2026
Zelenski Trampla "vacib söhbət" aparacaq
Hazırda oxunan: Zelenski Trampla "vacib söhbət" aparacaq
Hazırda oxunan: Zelenski Trampla "vacib söhbət" aparacaq
637757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































