ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq etdi

Hazırda oxunan: ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq etdi

637755

ABŞ-ın ər-Riyaddakı səfirliyi Yaxın Şərqdə artan gərginliklə əlaqədar bölgədəki vətəndaşlarına xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, səfirlik amerikalıları daha diqqətli olmağa, mümkün uçuşların ləğvi, hava məkanlarının bağlanması və səfərlərdə yaranacaq məhdudiyyətlərinə hazır olmağa çağırıb.
 

Açıqlamada husilərin Səudiyyə Ərəbistanına, o cümlədən mülki hava limanlarına hücumlar həyata keçirdiyi bildirilib. Qeyd olunub ki, mövcud hərbi qarşıdurmalar qısa müddətdə daha geniş miqyas ala bilər.


Bölgəyə səfər etməyi və ya oradan ayrılmağı planlaşdıran ABŞ vətəndaşlarına hava limanlarının və aviaşirkətlərin fəaliyyətini yaxından izləmək, fövqəladə vəziyyət zamanı isə səlahiyyətli şəxslərlə əlaqə saxlamaq tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin