Bu ölkədə qızıl mədəni çökdü - 11 ölü, 30 yaralı var

Hazırda oxunan: Bu ölkədə qızıl mədəni çökdü - 11 ölü, 30 yaralı var

637752

Sudanın Qırmızı dəniz vilayətində kustar üsulla qazıntı işləri aparılan şaxtanın çökməsi nəticəsində azı 11 nəfər ölüb, 30 nəfər yaralanıb.

Bizim.Media  xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.

Hadisə Qırmızı dəniz vilayətinin şimalındakı Uni bölgəsində baş verib.

Yerli mənbələrin məlumatına görə, şaxtada axtarış-xilasetmə işləri davam etdirilir, lakin lazımi texnikanın və digər imkanların çatışmazlığı səbəbilə əməliyyatlar ləngiyir.

Qeyd edək ki, Sudanda kustar qızıl hasilatı geniş yayılıb və belə mədənlərdə təhlükəsizlik qaydalarının pozulması ilə bağlı əvvəl də çoxsaylı qəzalar baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin