Döyüş meydanında dronların sayının sürətlə artması səbəbindən "boz zona"da logistika getdikcə çətinləşir.
Bizim.Media xəbər verir ki, 429-cu "Axilles" pilotsuz sistemlər briqadasının komandiri Yuri Fedorenko 24 kanalına açıqlamasında bildirib ki, müharibənin növbəti mərhələsi yeraltı döyüşlərə keçid ola bilər.
Döyüş meydanının "dron müharibəsi"nə transformasiyası ön xətdəki bölmələrin təchizatını çətinləşdirib. Fedorenko hesab edir ki, hərbçilər yaxın vaxtlarda təminatı həyata keçirmək və artilleriya, eləcə də dron vasitələrindən maksimum yararlanmaq üçün yeraltı marşrutlar çəkməyi və tunellər tikməyi öyrənməli olacaqlar. Düşmən də bu istiqamətdə hərəkət edir.
Döyüş meydanının robotlaşması və texnologiyaların inkişafı təmas xəttində insanın olmasını həddindən artıq təhlükəli edir.
Xatırladaq ki, ruslar Tatarıstandakı "Alabuqa" müəssisəsinə edilən zərbələrdən sonra dron istehsalını (Şahedləri) yeraltı sexlərə köçürməyə çalışırlar. Lakin hərbi ekspert Pavel Narojnu qeyd edir ki, bütün istehsal mərhələlərini texnoloji cəhətdən yeraltına daşımaq mümkün deyil, çünki partlayıcı maddələrin quraşdırılması zamanı yarana biləcək qəza yeraltında bütün istehsal üçün böyük risklər yaradar.
Bizim.Media




































































































