Microsoft şirkəti istifadəçilərə Windows 11-in 24H2 Home və Pro buraxılışlarının dəstəyinin başa çatdığını xatırladıb.
Bizim.Media xəbər verir ki, gələn aydan etibarən bu versiyalarda işləyən qurğular artıq yeniləmə almayacaq. Bu dəyişiklik yalnız ev versiyalarına şamil edilir, korporativ və təhsil versiyaları (Enterprise və Education) isə 2027-ci ilin oktyabrına qədər dəstəklənməyə davam edəcək.
Dəstək müddəti bitdikdən sonra kompüterlər işlək vəziyyətdə qalacaq, lakin aylıq təhlükəsizlik və funksional yeniləmələrin gəlməməsi kiberhücumlar qarşısında ciddi risklər yaradacaq.
Şirkət ən son versiya olan Windows 11 25H2-yə (Windows 11 2025 Update) yenilənməyi tövsiyə edir. İstifadəçilər cari versiyanı yoxlamaq və yeniləməni həyata keçirmək üçün "Parametrlər" bölməsindən "Windows Update" (Mərkəzi) səhifəsinə daxil ola bilərlər.
Bizim.Media




































































































