Şimali Koreya iki ballistik raket buraxdı

Hazırda oxunan: Şimali Koreya iki ballistik raket buraxdı

637731

Şimali Koreya 600 kilometrdən çox məsafə qət edən ikinci qısa mənzilli ballistik raketini buraxıb. Bu raketin uçuş məsafəsi ilk raketlə müqayisədə təxminən üçdə bir qədər çox olub.

Bizim.Media Yonhap agentliyinə istinadən xəbər verir ki,  bu barədə Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Hər iki raketin bu gün Vonsan bölgəsindən təxminən üç saatlıq fasilə ilə buraxıldığı bildirilir. İlk raket təxminən 450 kilometr məsafə qət edib. Hər iki raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda düşüb.

Bu buraxılışlar Şimali Koreyanın ilin əvvəlindən həyata keçirdiyi 14-cü və 15-ci ballistik raket sınaqları olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin