ABŞ lideri Donald Tramp "Fox News" telekanalına açıqlamasında bildirib ki, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə, böyük ehtimalla, hazırdır.
Bizim.Media xəbər verir ki, jurnalist Trey İnqst "Fox News" telekanalının efirində deyib:
"Mən prezidentə Baş Assambleya ilə bağlı sual verdim. İran Prezidenti Məsud Pezeşkian da orada olacaq. Mən ondan İran lideri ilə görüşə açıq olub-olmayacağını soruşdum. O isə cavabında belə bir görüşə, böyük ehtimalla, açıq olduğunu bildirdi".
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:13 / 20.09.2026
Tramp Pezeşkianla görüşə hazır olduğunu bildirdi
Hazırda oxunan: Tramp Pezeşkianla görüşə hazır olduğunu bildirdi
Hazırda oxunan: Tramp Pezeşkianla görüşə hazır olduğunu bildirdi
637722
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































