Türkiyənin şimalındakı Bartın vilayətində baş verən yol qəzasında 21 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Məlumata görə, toy mərasimindən qayıdan sərnişinləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 19 sərnişin, o cümlədən üç uşaq, həmçinin hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.
Toqquşmadan sonra mikroavtobus elektrik dirəyinə çırpılıb.
Hadisə yerinə təcili yardım və digər operativ xidmətlərin əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Qəza ilə bağlı araşdırma başlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Region
09:51 / 13.09.2026
Mikroavtobusla toydan qayıdan 21 nəfər qəzaya düşdü
Hazırda oxunan: Mikroavtobusla toydan qayıdan 21 nəfər qəzaya düşdü
Hazırda oxunan: Mikroavtobusla toydan qayıdan 21 nəfər qəzaya düşdü
636347
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































