Şuşada diplomatlara “Heydər Əliyev və Qarabağ” sərgisi təqdim olundu - FOTO - VİDEO

Hazırda oxunan: Şuşada diplomatlara “Heydər Əliyev və Qarabağ” sərgisi təqdim olundu - FOTO - VİDEO

636131

Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan diplomatik korpusun nümayəndələri Şuşada Yaradıcılıq Mərkəzini ziyarət ediblər, "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar.

Bizim.Media bu barədə “Report.az”a istinadla xəbər verir. 

Diplomatlar Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə və onun Qarabağın inkişafındakı roluna həsr olunmuş ekspozisiyaya baxıblar.

Sərgidə Heydər Əliyevin siyasi, iqtisadi, sosial və mədəni fəaliyyətini, eləcə də onun Qarabağa səfərlərini, görüşlərini və müxtəlif tədbirləri əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş etdirilib.

Ekspozisiya ziyarətçiləri Qarabağın və Şərqi Zəngəzurun tarixində 1969-cu ildə başlayan dönüş dövrü ilə tanış edir.

Foto və videomateriallarda Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə region həyatının bütün sahələrində həyata keçirdiyi genişmiqyaslı islahatlar haqqında məlumatlar təqdim olunur.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin