Sentyabrın 2-ci yarısında hamı evinə qucaq dolusu sabun aparacaq – SƏBƏB?

Hazırda oxunan: Sentyabrın 2-ci yarısında hamı evinə qucaq dolusu sabun aparacaq – SƏBƏB?

636115

Bir çox insan qatran sabununu yalnız kosmetoloji vasitə kimi qəbul edir. Lakin ondan müxtəlif səthlərdə və məişət əşyalarının təmizlənməsində də istifadə etmək olar. Xüsusilə də sentyabrın ortalarından havaların sərinləməsi ilə infeksion-respirator xəstəliklərə qapı açılacaq. Ona görə də bu “qapı”nı dezinfeksiya etmək lazımdır ki, təhlükənin qarşısı vaxtında alınsın.

Bizim.Media xəbər verir ki, qatran sabununun istifadə olunacağı bakterial mühit bunlardır:

1. Döşəmə

Təmizlik üçün 5 litr ilıq suya təxminən 1 xörək qaşığı sürtkəcdən keçirilmiş sabun qırıntısı əlavə etmək kifayətdir. Təmizlikdən sonra döşəməni təmiz su ilə silmək məsləhətdir.

2. Ayaqqabılar

Nəm fırçanı sabunlayın və ən çirkli hissələri sürtün. Sabun inadkar çirkləri zərif, lakin effektiv şəkildə təmizləyir; sonda ayaqqabıları təmiz və nəm bir parça ilə silmək kifayətdir.

3. Xalçalar

Bir çay qaşığı sürtgəcdən keçirilmiş sabunu 0,5 litr ilıq suda həll edin. Yaranan köpüyü yalnız çirkli hissəyə çəkin, fırça ilə yüngülcə sürtün və təxminən 5-10 dəqiqə gözləyin. Daha sonra, sabun qalıqlarını təmizləmək üçün həmin hissəni təmiz və nəm parça ilə bir neçə dəfə silin. Xalçanı təmizləməyə başlamazdan əvvəl məhlulu gözə çarpmayan bir hissədə yoxlamaq yaxşı olar.

4. Hamam otağı avadanlıqlar

Əl-üz yuyan və ya vannalar üçün belə sabun məhlulu hazırlaya bilərsiniz: təxminən 1 xörək qaşığı sabun qırıntısını 0,5 litr ilıq su ilə qarışdırın, bir xörək qaşığı da sirkə əlavə edin. Məhlulu süngər vasitəsilə çirkli hissələrə çəkin, 5 dəqiqə saxlayın və silib təmizləyin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin