İgiltərədə mühafizəkar partiyanın qadın millət vəkili Penni Mordaunt dostları ilə girişdiyi mərci uduzaraq parlamentdə seksi çıxış edib.
ANS PRESS-in məlumatına görə, zabit dostları ilə mərcə duran Mordaunt nümayəndələr palatasında “quşçuluq”x9d barədə saxta çıxış edib.
Qadın deputat çıxışı zamanı 6 dəfə jarqonda cinsi orqan mənasını verən “xoruz”x9d, 5 dəfə də intim münasibət mənasını verən “yatmaq”x9d sözünü işlədib.
Nümayəndələr palatasının üzvləri Penni Mordauntun bu çıxışını ciddi qəbul ediblər.
Daha sonra 41 yaşlı Mordaunt başqa bir tədbirdə, mərci uduzduğu üçün nümayəndələr palatasında qondarma çıxış etdiyini etiraf edib.









































































































