8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

Hazırda oxunan: 8 ölkə İsrailin Trampın Qəzza planından imtina etməsini pislədi

631523

Misir, İndoneziya, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri İsrailin ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planını həyata keçirməkdən imtina etməsini pisləyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə səkkiz ölkənin xarici işlər nazirlərinin avqustun 16-da yayımladığı birgə bəyanatda bildirilib.

Söhbət Qəzzada müharibənin dayandırılması və bundan sonra ərazinin bərpası üçün əsas yol xəritəsi kimi nəzərdə tutulan plandan gedir. Sənəddə hərbi əməliyyatların dayandırılması, Fələstin qruplaşmalarının tərksilah edilməsi, İsrail qoşunlarının Qəzzadan çıxarılması, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi və ərazi üçün yeni idarəetmə sisteminin yaradılması kimi addımlar nəzərdə tutulur.

Səkkiz ölkə İsrailin təklif olunan yol xəritəsindən imtinasının Trampın bütövlükdə sülh planının həyata keçirilməsini poza biləcəyini bildirib.
 

Ölkələr həmçinin İsrailin Fələstin dövlətinin yaradılmasına münasibətini pisləyiblər. Onların sözlərinə görə, fələstinlilərin müstəqil dövlət qurmaq hüququ var və bu prinsipdən imtina cəhdləri Yaxın Şərqdə sülh və sabitlik perspektivlərini zəiflədir.


Birgə bəyanatda müharibə başa çatdıqdan sonra Qəzzanın bərpasına və ərazidə təhlükəsiz idarəetmə üçün şərait yaradılmasına çağırılıb. Plana əsasən, Qəzzanın inzibati idarəçiliyinin Milli İdarəetmə Komitəsinə verilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin