Avqustun 16-da səhər saatlarında Rumıniya hava məkanına daxil olan pilotsuz uçuş aparatı NATO missiyasında iştirak edən İspaniya qırıcısı tərəfindən vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, saat 04:44 radələrində Rumıniya hərbçiləri Moldovadan ölkənin hava məkanına daxil olan naməlum hədəf aşkarlayıblar. Hədəf Qalats şəhərindən təxminən 24 kilometr şimalda qeydə alınıb.
“Mihail Kogelniceanu” aviabazasında döyüş növbəsində olan İspaniyaya məxsus F-18 qırıcısı hədəflə radar əlaqəsi yaradıb və onun məhv edilməsinə icazə alıb.
Saat 05:01-də pilotsuz uçuş aparatı vurulub. Onun qalıqlarının Qalats dairəsindəki Bəlen və Kudalbi yaşayış məntəqələri arasındakı yaşayış olmayan ərazidə düşdüyü ehtimal edilir.
Qeyd edək ki, ilkin məlumatlarda “NATO qırıcısı vuruldu” kimi yanlış anlaşılma yarana bilər. Söhbət NATO qırıcısının özünün deyil, onun tərəfindən bir dronun vurulmasından gedir.
Bizim.Media




































































































