Polşa “Avropa legionu” yaradır - Ukraynalı veteranlar da cəlb ediləcək

Hazırda oxunan: Polşa “Avropa legionu” yaradır - Ukraynalı veteranlar da cəlb ediləcək

631404

Polşa “Avropa legionu” adlı daimi hərbi qüvvələrin yaradılmasını təklif edib.

Bizim.Media xəbər verir ki, Polşa baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski NATO daxilində Avropanın öz təhlükəsizliyinə daha çox məsuliyyət daşımasını təmin edəcək daimi Avropa qüvvələrinin yaradılmasının tərəfdarı olduğunu bildirib.

Onun sözlərinə görə, “Avropa legionu”na qitənin müxtəlif ölkələrindən təcrübəli hərbçilər, o cümlədən müharibə başa çatdıqdan sonra ukraynalı veteranlar cəlb oluna bilər.

Sikorski vurğulayıb ki, söhbət NATO-ya alternativ yaratmaqdan getmir. Legion Alyans daxilində Avropa komponentini gücləndirməli və NATO ilə rəqabət aparmamalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin