Ucarda tərəvəzlə (pomidor və xiyar) dolu yük maşını aşıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Pirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı yük maşını Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil beton arakəsməyə dəyərək aşıb.
Hadisə yerinə dərhal hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.
Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.

Bizim.Media, Aran bürosu







































































































