Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü S.Hakyemezin idarə etdiyi "Iveco" markalı iritonnajlı yük avtomobili magistral yolun dəmir arakəsməsinə dəyib.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.
Yük avtomobilnin yük yerində olan dəmirlər yola dağılıb, bundan başqa avtomobildən bir tona yaxın yanacaq yola tökülüb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib, yolda dağılan yanacaq yuyulub.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:40 / 16.08.2026
Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü
Hazırda oxunan: Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü
Hazırda oxunan: Goranboyda QƏZA: Bir ton yanacaq yola töküldü
631453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































