Dunay çayında suyun səviyyəsinin rekord həddə enməsi nəticəsində Xorvatiyanın Vukovar adasını Serbiya sahilindən ayıran qolun bəzi hissələri demək olar ki, tamamilə quruyub.
Bizim.Media xəbər verir ki, bu səbəbdən adaya artıq yalnız qayıqla deyil, piyada və hətta avtomobillə də keçmək mümkün olub.
Yerli sakinlər Serbiya tərəfdən adaya avtomobillə gələn şəxsi də görüblər. Su yolunun quruması sərhədçilər üçün əlavə problem yaradıb, çünki yaranan quru keçidə nəzarət etmək daha çətindir.
Bununla belə, Serbiya ilə Xorvatiya arasındakı dövlət sərhədi dəyişməyib, yalnız çaydakı suyun səviyyəsi kəskin azalıb.

Bizim.Media

- A-
- A
- A+
Dünya
15:36 / 16.08.2026
Dunay çayı dayazlaşdı - Vukovar adasına piyada getmək mümkündür - FOTO
Hazırda oxunan: Dunay çayı dayazlaşdı - Vukovar adasına piyada getmək mümkündür - FOTO
Hazırda oxunan: Dunay çayı dayazlaşdı - Vukovar adasına piyada getmək mümkündür - FOTO
631439
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































