Ukrayna İran əleyhinə Aİ sanksiyalarına qoşuldu

Hazırda oxunan: Ukrayna İran əleyhinə Aİ sanksiyalarına qoşuldu

631437

Ukrayna İranın Rusiyanın Ukraynaya qarşı təcavüzünə hərbi dəstəyi ilə əlaqədar Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara rəsmi olaraq qoşulub.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın adından bəyanat yayılıb.

Sanksiyalar İranın Rusiyaya, eləcə də Yaxın Şərq və Qırmızı dəniz regionundakı silahlı qruplaşmalara hərbi dəstəyi ilə əlaqəlidir.

Ukrayna ilə yanaşı, Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya və Norveç də Aİ-nin qərarına qoşulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin