Tramp administrasiyası SEPAH ilə gizli əlaqə yaradıb - Axios

Hazırda oxunan: Tramp administrasiyası SEPAH ilə gizli əlaqə yaradıb - Axios

631481

ABŞ prezidenti Donald Trampın administrasiyasının İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi ilə gizli birbaşa əlaqə kanalı yaratdığı bildirilir.

Bizim.Media xəbər verir ki, “Axios”un məlumatına görə, Vaşinqton İranın rəsmi danışıqlar aparan nümayəndələrinin müharibənin dayandırılması barədə razılaşma əldə etmək səlahiyyətinə malik olub-olmadığına şübhə etdikdən sonra bu kanalı yaradıb.
 

Məlumata görə, ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Tulsi Qabbard İraq Kürdüstanının prezidenti Nəçirvan Bərzanidən SEPAH komandiri Əhməd Vəhidiylə əlaqə saxlamasını istəyib. Vəhidi SEPAH-ın diplomatik yolla böhranın həllini dəstəklədiyini bildirib.


Daha sonra Vaşinqton Ərbildə Bərzaninin vasitəçiliyi ilə gizli ABŞ-İran danışıqları keçirməyi təklif edib.

Lakin İran nümayəndələri İsrail kəşfiyyatının mümkün hücumundan ehtiyat etdikləri üçün görüş baş tutmayıb.

Hazırda Pakistan və Qətər vasitəçiləri Vaşinqtonla Tehran arasında mesajların ötürülməsini davam etdirirlər. Lakin danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin