Yüksək temperatur insanın düşünmə prosesini ləngidə, diqqəti və yaddaşı zəiflədə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə The Conversation yazıb.
Alimlərin fikrincə, isti havada orqanizm bədən temperaturunu normada saxlamaq üçün daha çox enerji sərf edir. Güclü tərləmə və susuzlaşma isə beyinə qan axınını və sinir hüceyrələrinin fəaliyyətini poza bilər.
İsti hava həmçinin yuxunun keyfiyyətini aşağı salaraq ertəsi gün diqqət və qərarvermə qabiliyyətinə mənfi təsir göstərir. Mütəxəssislər belə havalarda sərin şəraitdə qalmağı, yüngül geyinməyi, fasilələr verməyi və kifayət qədər su içməyi tövsiyə edirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:00 / 16.08.2026
Alimlər istinin düşünmə qabiliyyətinə təsirini açıqladı
Hazırda oxunan: Alimlər istinin düşünmə qabiliyyətinə təsirini açıqladı
Hazırda oxunan: Alimlər istinin düşünmə qabiliyyətinə təsirini açıqladı
631398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































