Ukrayna ordusu ölkənin cənubunda 37 kvadrat kilometr ərazini azad edib

Hazırda oxunan: Ukrayna ordusu ölkənin cənubunda 37 kvadrat kilometr ərazini azad edib

631493

Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda 37 kvadrat kilometr ərazini Rusiya işğalından azad edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dmitri Kotsyubaylo adına Birinci Əlahiddə Hücum Alayının komandiri Dmitri Filatov “24 Kanal”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hərbçilər cənub istiqamətində ümumilikdə 40 kvadrat kilometr ərazini azad etməyi planlaşdırıblar. Hazırda bu göstəricinin 37 kvadrat kilometrinə nail olunub.

“Buna görə də yaxın vaxtlarda qarşıya qoyulan göstəricilərə çatmalıyıq”, – Filatov deyib.

Komandirin sözlərinə görə, Ukrayna hərbçiləri son əməliyyat zamanı Rusiyaya məxsus 340 hərbi texnika vahidini məhv ediblər.
 

Bununla yanaşı, əməliyyatın intensivliyi bir qədər azalıb. Ukrayna bölmələri quru ərazidə mümkün qədər ehtiyatlı şəkildə irəliləyir, eyni zamanda Rusiya hərbçilərinin texnika və canlı qüvvəsinin cəmləşdiyi mövqeləri müəyyənləşdirmək üçün kəşfiyyat aparır.


Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Zaporojye, Donetsk və Dnepropetrovsk vilayətlərinin sərhədində yerləşən Aleksandrovka istiqamətində 26 kəndi azad etdiyi bildirilmişdi.

“DeepState” analitikləri xəritədə 19 yaşayış məntəqəsini azad edilmiş ərazi kimi göstərib, daha altı yaşayış məntəqəsində isə Rusiya qoşunlarının geri çəkildiyini qeyd ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin