Rusiyada Wildberries-in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? - FOTO/VİDEO

Hazırda oxunan: Rusiyada Wildberries-in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? - FOTO/VİDEO

631440

Rusiyada son bir ay ərzində Wildberries-in 21 logistika obyektində hücum, yanğın və ya təxliyə halları qeydə alınıb.

Bizim.Media xəbər verir ki, iyulun 18-dən avqustun 16-dək şirkətin müxtəlif logistika mərkəzlərində belə hadisələr baş verib.

Wildberries-in ümumilikdə 209-dan çox logistika obyekti var və onların ümumi sahəsi 5,6 milyon kvadratmetrdən çoxdur.

Avqustun 5-nə olan məlumata görə, ümumi sahəsi təxminən 1,38 milyon kvadratmetr olan 11 iri kompleks artıq fəaliyyət göstərmirdi. Bu, şirkətin bütün anbar sahəsinin təxminən dörddə birinə bərabərdir.

Bununla belə, 21 obyektin hamısının birbaşa hücuma məruz qalmadığı bildirilir. Şirkət logistika şəbəkəsinin tam dayanmadığını, yüklərin digər anbarlara yönləndirildiyini açıqlayıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin