Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

Hazırda oxunan: Netflix India 24 milyon dollarlıq serial təqdim etdi - VİDEO

631525

Netflix India 1999-cu ildə Kargil müharibəsi zamanı həyata keçirilən hava əməliyyatlarından bəhs edən “Operation Safed Sagar” adlı serialı təqdim edib.

Bizim.Media xəbər verir ki, 24 milyon dollar büdcəsi olan layihə Netflix India-nın ən böyük yerli istehsalıdır.
 

Serial Hindistan Hərbi Hava Qüvvələrinin Kargil müharibəsi zamanı keçirdiyi hava kampaniyasını ekranlaşdırır. Layihənin hazırlanmasında 1 200 vizual effektlər (VFX) mütəxəssisi iştirak edib.


Serialdakı döyüş təyyarələrinin dağlıq ərazilərdəki uçuş səhnələri isə sosial şəbəkələrdə diqqət çəkib.

Bəzi kadrlarda təyyarələrin dağ vadiləri arasında kəskin manevrlərlə hərəkət etməsi “Forsaj” filmindəki avtomobil səhnələri ilə müqayisə olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin