ABŞ və İran arasında danışıqlar dalana dirəndi

Hazırda oxunan: ABŞ və İran arasında danışıqlar dalana dirəndi

631489

ABŞ və İran arasında danışıqlar prosesində irəliləyiş əldə olunmayıb və tərəflər çıxılmaz vəziyyətdə qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
 

Mənbələrin sözlərinə görə, Pakistan və Qətər vasitəçiləri Vaşinqtonla Tehran arasında mesaj mübadiləsini davam etdirirlər.


Lakin tərəflər hələlik danışıqlarda ciddi irəliləyişə nail ola bilməyiblər.

Mənbələr hesab edir ki, Pakistan tərəfi danışıqlar prosesinin real vəziyyətindən daha nikbin qiymətləndirmələr səsləndirir. İslamabad bununla prosesin sürətləndiyi barədə təəssürat yaratmağa və danışıqlardakı dalandan çıxmağa şərait formalaşdırmağa çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin