Türkiyənin Səhiyyə Nazirliyi ilə “ASELSAN” şirkətinin əməkdaşlığı nəticəsində ölkənin yerli ürək-ağciyər aparatı hazırlanıb və ilin sonuna qədər cihazın seriya istehsalına başlanılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu deyib.
Nazir ölkənin səhiyyə sistemində son 25 ildə böyük inkişaf əldə edildiyini bildirib.
Onun sözlərinə görə, hazırda ildə 3 milyondan çox xarici vətəndaş müalicə üçün Türkiyəyə gəlir və ölkə digər dövlətlərə də səhiyyə sahəsində dəstək göstərir.
Memişoğlu bildirib ki, Türkiyədə körpə ölümü göstəricisi 2002-ci ildə hər 1000 doğuşa 31,5 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 7,8-ə enib. Orqan bağışlanması üçün “e-Devlet” və “e-Nabız” sistemlərindən istifadə imkanının yaradıldığını, bağışlanma sayının 250 minə çatdığını deyib.
Nazir, həmçinin 8 yerli peyvəndin istehsalı üzrə hazırlıq aparıldığını, ən azı 6 peyvəndin istehsalına yaxın həftələrdə başlanacağını bildirib. Bundan əlavə, iki il ərzində ultrasəs cihazlarının 70 faizdən çoxunun ölkədə istehsal ediləcəyini qeyd edib.
Bizim.Media



































































































