Oracle şirkətinin həmtəsisçisi Larri Ellison son iki ayda 104 milyard dollar itirdi

Hazırda oxunan: Oracle şirkətinin həmtəsisçisi Larri Ellison son iki ayda 104 milyard dollar itirdi

631507

Oracle şirkətinin həmtəsisçisi Larri Ellison son iki ayda sərvətinin 104 milyard dollarını itirib.

Bizim.Media xəbər verir ki, Forbes-un məlumatına görə, Ellison dünyanın ən varlı şəxsləri siyahısında ikinci pillədən səkkizinci yerə düşüb.

Onun sərvəti hazırda təxminən 192,6 milyard dollar qiymətləndirilir. Buna əsas səbəb Oracle səhmlərinin kəskin ucuzlaşmasıdır.
 

Şirkətin səhmləri iyunun əvvəlindən iyulun sonunadək təxminən 54% geriləyib. Forbes yazır ki, investorları xüsusilə Oracle-ın süni intellekt infrastrukturu üçün böyük xərcləri və şirkətin OpenAI-dan yüksək asılılığı narahat edir.


Oracle-ın OpenAI ilə yüz milyardlarla dollarlıq infrastruktur müqavilələri bağlaması şirkətin gələcək maliyyə yükü ilə bağlı suallar yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin